Nov 14, 2023 | 12:36 Konfranslar, iclaslar
2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 6 dekabr 2022-ci il tarixli Sərəncam imzalayıb.
Həmin Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti 7 fevral 2023-cü ildə “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.
Həmin Tədbirlər Planına əsasən, 16 noyabr 2023-cü il tarixində saat 11:00-da AMEA-nın Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospektı 117 (Akademiya şəhərciyi, Əsas bina, II mərtəbə, konfrans zalı)
www.science.gov.az