Sep 19, 2023 | 11:28 Mühüm hadisələr
2022-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.
“İlin peşəkar gənci” adına layiq görülmüş gəncləri təbrik edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin gənclər siyasətindən danışıb, ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şəraitdən bəhs edib. Tarixən gənclərin cəmiyyətlərdə əsas hərəkətverici qüvvə olduğunu bildirən Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət yetirdiyini, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şey etdiyini bildirib.
Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib.
AMEA-nın Azad Həmkarlar İttifaqından 2 fəal gənc üzv – AMEA-nın Dilçilik İnstitutundan Günel Orucova, Şərqşünaslıq İnstitutundan Ülkər Səmədova, o cümlədən ETN Botanika İnstitutundan Aydan Zeynalova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2022-ci il üzrə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş, AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqələri, həmçinin pul mükafatı ilə təltif edilmişlər.
www.science.gov.az