AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunun alimlərinin İraqda məqaləsi çap olunub
Sep 22, 2023 | 15:14 Yeni nəşrlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin İraqda məqalələri nəşr olunub. İraq Respublikasında yayımlanan “Türkmən Mədəniyyəti” rüblük populyar elmi jurnalının növbəti sayı Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.

Bu sayda Ədəbiyyat İnstitutunun alimlərinin də Məhəmməd Füzuliyə həsr edilmiş elmi məqalələri ərəb dilində çap olunub. Filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Füzulinin türkcə şeirlərində ərəb sözləri”, filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyevin “Füzuli əl-Bağdadinin qəsidələrində Bağdad” və filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanın “Füzuli yaradıcılığında “təfriq”in yeri” adlı məqalələri jurnalın bu dəfəki nömrəsində yer alıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023