AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA ilə AFAD arasında imzalanmış Anlaşma Memorandumu qardaş ölkənin mediasında geniş işıqlandırılıb
Sep 16, 2023 | 16:56 Mühüm hadisələr

AMEA ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna qardaş ölkənin mediası geniş yer verib.

Belə ki, Türkiyənin məşhur “Yeni akit” qəzeti, “yesiligdir”, “konyabakis”, “haberiniz.com”, Avrasiya Araşdırmalar Mərkəzi və digər saytlarında AFAD və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında seysmoloji tədqiqatlar sahəsində birgə həyata keçirilən işlər diqqətə çatdırılıb, imzalanan müqavilənin əhəmiyyətinə toxunulub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023