AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Heydər Əliyevin dilçilik görüşləri” adlı kitabı nəşr olunub
Sep 15, 2023 | 16:00 Yeni nəşrlər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin “Heydər Əliyevin dilçilik görüşləri” adlı kitabı çap olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən olunan kitabın redaktoru professor Rüfət Rüstəmov, rəyçi professor Tofiq Hacıyevdir.

Heydər Əliyevin 100 illiyinə töhfə olan kitabda azərbaycançılıq ideologiyası, məfkurəsinin banisi, dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycan dili və dilçiliyinin inkişafında tarixi xidmətləri, bütün sahələrdə mövcud olan problemləri dil siyasətinin priotret istiqamətləri, vətən anlayışının konsept səviyyəsində, dilçiliyin yeni istiqaməti olan koqnitiv dilçilik baxımından elmi cəhətdən araşdırılır, qarşısında duran əsas məsələlər təhlil süzgəcindən keçirilir.

Xalqımızın milli varlığını yaşadan Azərbaycan dilinin dövlət dili kimi inkişafında Ümummillli Lider Heydər Əliyevin misilsiz xidmətləri vardır.

“Heydər Əliyev və Azərbaycan dilinin funksional inkişafı” adlı birinci fəsildə müstəqillik illərində Azərbaycan dilinə Heydər Əliyevin qayğısı, dil siyasəti və ortaq türk əlifbası barədə danışılır.

“Heydər Əliyevin vətən konsepti” adlı ikinci fəsildə dünyanın dil mənzərəsində vətən konsepti, vətən ictimai-siyasi xadimin gözü ilə, qloballaşan dünyada vətən konsepti azərbaycançılıq nümunəsi təhlil olunub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023