AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Məzhər üt-Türki “ kitabı işıq üzü görüb
Sep 15, 2023 | 14:53 Yeni nəşrlər

Əbdürrəhim Ərdəbili Şirvaninin  “Məzhər üt-Türki” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

Əs­lən Ər­də­bil şə­hə­rin­dən olan XVI­II əsr Azər­bay­can ali­mi Əb­dür­rə­him Ər­də­bi­li Şir­va­ni­nin mü­əl­li­fi ol­du­ğu “Məz­hər üt-tür­ki” dərs­li­yi (ri­sa­lə) təx­mi­nən 270 il əv­vəl, Na­dir Şah Əf­şar döv­rün­də Qı­zıl­baş türk­cə­si­ni qey­ri-türk­lə­rə öy­rət­mək məq­sə­di­lə ya­zıl­mış­dır. İra­nın Qum şə­hə­rin­də mü­ha­fizə olu­nan, Azər­bay­can di­li və ta­ri­xi üçün bu mö­tə­bər  və qiy­mət­li əl­yaz­ma­nı Teh­ra­nın Fər­han­gi­yan Uni­ver­si­te­ti­nin Fars di­li və ədə­biy­ya­tı fa­kül­tə­si­nin do­sent dok­to­ru, əs­lən azər­bay­can­lı İx­ti­yar Bəx­şi AMEA Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun baş di­rek­to­ru fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, professor Na­dir Məm­məd­li­yə hə­diy­yə et­miş­dir.

İlk də­fə Azər­bay­can­da fars di­lin­dən tər­cü­mə və çap olu­nan bu dərs­lik di­li­mi­zin in­ki­şaf yol­la­rı, qram­ma­tik və lek­sik nor­ma­la­rı­nın ta­ri­xi tə­ka­mü­lü­nün öy­rə­nil­mə­si ba­xı­mın­dan dil ta­rix­çi­lə­ri, tür­ko­loq və iran­şü­nas­lar üçün çox də­yər­li və­sa­it­dir.

Əl­yaz­ma­nın əv­və­lin­də qeyd olu­nur ki, dərs­lik İran­da Qı­zıl­baş türk­cə­si­ni qey­ri-türk­lə­rə öy­rət­mək üçün ya­zıl­mış­dır və bu türk­cə “axı­cı, də­yər­li, sa­də və şi­rin”dir. Elə ora­da “Məz­hər üt-tür­ki” ki­ta­bı­nın mü­əl­li­fi Əb­dür­rə­him Ər­də­bi­li Şir­va­ni­nin Ər­də­bil­də do­ğul­du­ğu, ya­şa­yıb bo­ya-ba­şa çat­dı­ğı, mən­şə­yi­nin də Ər­də­bil­dən ol­du­ğu haq­qın­da mə­lu­mat ve­ri­lir.

Əsər gö­zəl nəs­tə­liq xət­ti ilə ya­zıl­mış, 14 x 21 sm öl­çü­də, 163 sə­hi­fə­dən, hər sə­hi­fə­si 12 sə­tir­dən iba­rət əl­yaz­ma­dır. Bu əl­yaz­ma İra­nın Qum şə­hə­rin­də­ki “Mər­kəz-i ih­yay-yi tu­ras-ul İs­la­mi” (İs­lam ir­si­ni ye­ni­dən can­lan­dır­ma Mər­kə­zi) ki­tab­xa­na­sın­da (şif­rə № 686) mü­ha­fi­zə olu­nur.

“Məz­hər üt-tür­ki”ni türk mə­də­niy­yə­ti, ədə­biy­ya­tı, el­mi­nin fə­da­kar təb­li­ğat­çı­sı ər­də­bil­li Mə­həm­məd Mi­cən­de­hi Cə­bə­dər Teh­ran, Hə­mə­dan, Məş­həd, Yəzd, Ça­lus şə­hər­lə­rin­dən əl­də et­di­yi çox qiy­mət­li, nə­fis türk­dil­li əl­yaz­ma­lar­dan bi­ri ki­mi Qum şə­hə­rin­də­ki “İs­lam ir­si­ni ye­ni­dən can­lan­dır­ma Mər­kə­zi” ki­tab­xa­na­sı­nın na­dir ki­tab fon­dun­dan əl­də et­miş, şəx­si ar­xi­vin­də sax­la­mış, son­ra­lar və­tən­pər­vər dost­la­rı­na hə­diy­yə et­miş­dir.

İlk də­fə 2011-ci il­də özü “Məz­hər üt-tür­ki” ki­ta­bı­na gi­riş” ad­lı mə­qa­lə yaz­mış və əsə­rin əl­yaz­ma­sı­nı nəşr et­dir­miş­dir. 2012-ci il­də  ta­nın­mış alim Fər­had Rə­hi­mi bu əsə­ri yaz­dı­ğı ge­niş “Ön söz” və şərh­lər­lə (182 sə­hi­fə) Teh­ra­nın “Ye­ni fi­kir” nəş­riy­ya­tın­da 1000 ti­raj­la çap et­dir­miş­dir. 

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023