Mar 12, 2024 | 04:25 Elanlar
AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsi müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə Akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə cavab verən loqotipinin - embleminin yenidən hazırlanması zərurəti yaranmışdır.
Bunu nəzərə alaraq AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli iclasında Akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan edilməsi ilə əlaqədar qərar qəbul edilmişdir.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
- AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməlidir;
- AMEA-nın emblemində Akademiya ilə bağlı tarixi binaların, qurğuların və digər əlamətlərin simvolik təsvirlərindən istifadə etməklə bu emblemin Azərbaycan Milli Elmlər Akademiyasına aid olduğu öz əksini tapmalıdır;
- AMEA-nın yeni embleminin təqdim olunan layihəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözlərinin yazılmasına ehtiyac yoxdur. Zəruri halda bu məqsədlə “AMEA” formatından istifadə edilə bilər;
- AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir;
- Təqdim edilən emblem – loqotipin eni 30 sm, uzunluğu 42 sm həcmində olmalıdır;
- Müsabiqədə yalnız Akademiyada çalışıb, təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər;
- AMEA embleminin layihələri müsabiqə komissiyasının və ictimaiyyətin baxması məqsədilə təşkil ediləcək sərgidə nümayiş etdirmək üçün malbertin üzərində qoyulmaqla təqdim olunmalıdır;
- Təqdim edilmiş emblemlərin layihələrinin üzərində və ya arxasında müəlliflərin adı və soyadı qeyd edilməməlidir;
- Təqdim olunan loqotip dizaynının məntiqi izahı, forması, ölçüsü, rəngi, hərf seçimi və s. ilə bağlı əlavə məlumatlar da təqdim edilməlidir;
- Müsabiqə Komissiyası tərəfindən təqdim edilən loqotipin - emblemin dizaynına müəyyən yekun dəyişikliklər edilə bilər;
- Qalib işin müəllifi pul mükafatı ilə təltif ediləcək, ona müvafiq sertifikat veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər mart ayının 18-i, günün sonunadək layihələrini təqdim edə bilərlər.
(Əlaqələndirici şəxs: Arzu Məmmədxanlı, əlaqə tel.: (012) 492-66-22, (050) 549-74-04, e-poçt: humanitarelmlerbolmesi@gmail.com);
Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30 (AMEA Rəyasət Heyətinin binası, 2-ci mərtəbə)
Müsabiqə Komissiyası
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.