Sep 05, 2023 | 10:00 Mühüm hadisələr
Yaponiyanın Ryukoku Universitetinin Tarix kafedrasının mühazirəçisi, dosent, Dr. Şinya Şionozaki Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi – yazıçı, dramaturq Mirzə Fətəli Axundzadənin fəlsəfəsini tədqiq etmək məqsədilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna ezam olunub.
Qonağı institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə qarşılayıb, onu Axundzadə yaradıcılığı ilə bağlı əlyazma materialları və əski çap kitabları, eyni zamanda Ekspozisiya zalında nümayiş olunan nadir eksponatlar və əlyazma nüsxələri ilə tanış edib.
Əsas tədqiqat sahəsi M.F.Axundovun “Kəmalüdövlə məktubları” əsəri olan yaponiyalı alim iki həftəlik səfəri müddətində elmi-tədqiqat müəssisəsində görkəmli dramaturqun Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi ilə də yaxından tanış olmaq istədiyini bildirib. Bu məqsədlə Dr. Şinya Şionozakiyə institutun şəxsi arxiv fondunda qorunan materiallar üzərində tədqiqat işləri aparmaq üçün müvafiq şərait yaradılıb.
www.science.gov.az