Jun 22, 2023 | 15:38 Mühüm hadisələr
“Muğam Aləmi” VI Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən elmi simpoziumda AMEA-nın Memarlıq və İncəsənət İnsitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Suraya Ağayeva “Muğam janrının formalaşması üzrə mənbələrin tədqiqi problemlərinə dair” məruzə ilə çıxış edib.
Məruzədə Orta əsr yazılı qaynaqlara əsaslanaraq S.Ağayeva “şöbə”, “guşə” və “tərkib” adlanan muğam qrupların formalaşmasının xronologiyasını təshih edib, muğamların ilk adlarının elmi dövriyyəyə daha erkən daxil edildiyini, məqam sözünün hələ XIV əsrdə türk xalqları üçün səciyyəvi “muğam/muqam” tələffüzünə malik olması haqda faktı üzə çıxarmışdı. Suraya Ağayeva Şərq dillərinə yiyələnmiş musiqişünasların və orta çağların musiqi terminologiyasının xüsusiyyətlərinə bələd olan şərqşünasların ali təhsil ocaqlarında yetişdirilməsinin zəruriliyini vurğulayıb.
Muğam elmi simpoziumunda S.Ağayeva, eyni zamanda “Məqam musiqisi elmi mənbələr işığnda” elmi sessiyanın aparıcısı olub.
www.science.gov.az