AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Məhəmməd Xəlifə Acizin “Divan”i işıq üzü görüb
Jun 22, 2023 | 09:20 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Məmmədovanın tərtib edib nəşrə hazırladığı “Məhəmməd Xəlifə Aciz. “Divan”” kitabı işıq üzü görüb.

A.Məmmədova kitaba geniş “Ön söz” yazıb, lüğət, qeyd və izahlar əlavə edib.

“Divan”a XIX əsrdə Cənubi Azərbaycanda yaşayıb yaratmış görkəmli söz ustadı, şair-xəttat Məhəmməd Xəlifə Acizin həyatının müxtəlif illərində qələmə aldığı qəzəllər, qəsidələr, mərsiyələr, həmçinin yaradıcılığından digər nümunələr daxil edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev, rəyçisi isə həmin şöbənin müdiri, filologiya elmləri doktoru Nəsib Göyüşovdur.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023