AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilarə Adilovanın “366 gün və ya uzun ilin inancı” kitabının təqdimat mərasimi keçirilib
Jun 21, 2023 | 14:51 Yeni nəşrlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Dilarə Adilovanın Libraff kitab evində “366 gün və ya uzun ilin inancı” kitabının təqdimat mərasimi keçirilib.

Kitab dünya tarixində əbədi qalacaq 2020-ci ilə həsr edilib. “Qorxunc və möhtəşəm bir ilin bədii xronikası”na filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Ön söz” yazıb. Roman oxucunu addım-addım irəli apararaq, pandemiyadan, böyük Zəfərdən keçirib ilin sonuna gətirir.

Tədbirin iştirakçıları müəllifin müraciət etdiyi memuar janrının xüsusiyyətlərindən, janra gətirdiyi yeni meyillərdən, fərqli üslubundan danışıblar.

Tədbirin aparıcısı professor Bədirxan Əhmədov əsərin yazı tərzini “alışmadığımız bir üslub” adlandıraraq bədiiliklə memuar ədəbiyyatının ustalıqla bir araya gəlməsindən danışıb. Filologiya elmləri doktoru Əlizadə Əsgərli yazıçının yaradıcılığından söhbət açaraq romana yüksək qiymət verib, əhəmiyyətinin gələcəkdə daha çox bilinəcəyini qeyd edib. Filologiya elmləri doktorları Sara Osmanlı, Vüqar Əhməd,  tarix elmləri doktoru Tahirə Həsənzadə, filologiya üzrə fəlsəfə  doktorları İsmixan Osmanlı, Aslan Salmansoy, Fəridə Hicran, Əkrəm Bağırov, Hicran Nəsibova, Güldəniz Qocayeva, Aygün Bağırlı, Günay Qarayeva, Təranə Aslanova və başqaları Dilarə Adilgilin yaradıcılığının özünəməxsusluğundan, bənzərsizliyindən, maarifçilik xüsusiyyətlərindən, təhkiyəçi obrazından, oxucunu arxasınca çəkib aparan dilindən bəhs edərək  “366 gün və ya uzun ilin inancı” əsərini yüksək dəyərləndiriblər.

Dilarə Adilgilin şəxsiyyətindən xüsusi məhəbbətlə danışan təqdimat iştirakçıları romanın  gələcəkdə də yaşayacağından, əbədi müasirliyindən əminlik ifadə ediblər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023