AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Tədqiqlər” jurnalının yeni nömrələri çapdan çıxıb
Jun 16, 2023 | 15:08 Yeni nəşrlər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Tədqiqlər” jurnalının 2023-cü il üçün I və II nömrələri çapdan çıxıb.

Məcmuənin bu nömrəsində Azərbaycan dilçiliyi, ümumi dilçilik, türkologiyanın tədqiqinə aid müxtəlif məqalələr yer alıb.

Jurnalda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dosent Təranə Şükürlünün “Heydər Əliyev və Azərbaycan dili”, Elnarə Əliyevanın “Qloballaşan dünyada ana dili problemi”,  Arzu İsgəndərzadənin “Ana dili milli kimliyimizdir” və sair məqalələri öz əksini tapıb.

Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, buraxılışa məsul katib filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevdir.

“Tədqiqlər” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023