AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Türkologiya” jurnalının 2023-cü ildə ilk nömrəsi çapdan çıxıb
Jun 25, 2023 | 19:52 Yeni nəşrlər

“Türkologiya” jurnalının Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş 2023-cü ildə ilk nömrəsi çap olunub.

Jurnalın bu nömrəsindəki müxtəlif mövzulu məqalələrdə Ulu Öndərin dil, ədəbiyyat, tarix, etnoqrafiya, xarici siyasət, incəsənətdə gördüyü əvəzolunmaz işlər barədə söhbət açılır. Həmçinin 2023-cü ilin ilk nömrəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Şimali Makedoniya, Macarıstan alimlərinin türkologiyanın ayrı-ayrı sahələrinə aid məqalələri dərc olunub.

Geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Dil və ədəbiyyat əlaqələri”, “Dilçilik tarixi”, “Türkologiyanın klassikləri” rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla qarşılanacaqdır.

“Personalia” rubrikasında isə Platon Melioranskinin 155, Bəkir Çobanzadənin 130 illik yubileylərinə həsr olunmuş məqalələr çap edilib.

Jurnalın baş redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023