AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb
Jun 12, 2023 | 14:33 Yeni nəşrlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb.

Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi şurasının 17 mart 2023-cü il tarixli qərarı və AR Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi şurasının 4 may 2023-cü il tarixli qərarı ilə çap edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Cavidşünaslığa yeni baxış, yaxud tənqidin tənqidi” başlıqlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur. Rəyçisi Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblidir. İdeya müəllfi və redaktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

Filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin bu kitabı dörd fəsildən ibarətdir. Monoqrafiyanın “Hüseyn Cavid: şəxsiyyəti və sənətkarlığı”, “Hüseyn Cavid: yaradıcılığı və Azərbaycan ədəbi tənqidi”, “Ya müttəfiq, ya ölüm: hücum-ədəbi münaqişələr, ədəbi məhkəmələr”, “Əbədi sənətkar və əbədi sənət” fəsillərində repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023