AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Çingiz Aytmatov - 95” mövzusunda panel təşkil olunub
Jun 09, 2023 | 17:25 Konfranslar, iclaslar

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Çingiz Aytmatov - 95” mövzusunda panel təşkil edilib.

Panel AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı əsasında baş tutub. Tədbirdə Qırğızıstandan gəlmiş qonaqlar Manas Universitetinin Türkoloji şöbəsinin müdiri, professor Burul Sayınbayeva və şair Altınbek İsmayılov da iştirak ediblər.

Paneldə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, Çingiz Aytmatov haqqında dissertasiya yazmış Mehman Həsənli məruzə edərək yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Çingiz Aytmatov dünyada əsərləri 150 dilə tərcümə olunmuş çox nadir yazıçılardan biridir. Əlavə edib ki, bu tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” əsərindən bir parçanın nümayişi də olunacaq.

Ədəbiyyat İnstitutunun magistrantı Nəzrin Əliyeva çıxış edərək Qırğız-Azərbaycan nəsrindəki paralellikdən danışıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023