“Kamran Məmmədov – 100: şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı” kitabı çapdan çıxıb
Jul 10, 2023 | 11:48 Yeni nəşrlər
Jul 10, 2023 | 11:48 Yeni nəşrlər
AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Kamran Məmmədov – 100: şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı” kitabı nəşr olunub.
Kitabda unudulmaz ədəbiyyatşünas alim, professor Kamran Məmmədovun anadan olmasının 100 illiyi münasibətilə Folklor İnstitutunda keçirilmiş “Şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı” mövzusunda elmi konfransın materialları və alim haqqında xatirə yazıları toplanıb.
Nəşrin elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçiləri isə filologiya elmləri doktoru, dosent Leyla Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır.
www.science.gov.az