AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Scopus bazasında indeksləşən jurnalların reytinqində Azərbaycan elmi jurnallarının yeri
Jul 04, 2023 | 15:52 Maraqlı məlumatlar

Beynəlxalq reytinq portalı olan “SCIMAGO Journal & Country Rank” dünyanın 391 tədqiqat mərkəzi, ən böyük elmi informasiya provayderi olan Elsevier nəşriyyatı və Scopus bazası ilə tərəfdaşlıq edərək hər ilin yekunlarına görə 16 indikator əsasında dünya ölkələrinin müxtəlif sahələrdə elmi məhsuldarlıq, elm yönümlü qurumların (universitetlərin, institutların, milli və özəl laboratoriyaların) və eləcə də, elmi jurnalların reytinqini müəyyən edir. Scimago mərkəzinin fəaliyyəti geniş, çoxşaxəli və həcmcə olduqca böyük olduğundan 2022-ci ilin yekunları haqqında hesabat 2023-cü ilin aprel-may aylarında dərc olunmuşdur.

“Elm” qəzetinin 2 iyun 2023-cü il tarixli nömrəsində dünya ölkələrinin və elm yönümlü qurumlarının reytinqində Azərbaycan elminin yeri haqqında məlumat verilmişdi. Bu yazıda isə Scopus bazasında indeksləşən elmi jurnalların reytinq cədvəlində (SJR –Scimago Journal Rank) yer almış Azərbaycanın elmi jurnallarının bəzi göstəriciləri təqdim edilir.

İlk növbədə qeyd etmək lazımdır ki, elmi jurnal deyəndə hər bir məqaləni çap etməzdən əvvəl rəyə verilən, dövri olaraq nəşr edilən və hazırda aktiv olan akademik nəşrlər başa düşülür. Dünyada nəşr olunan jurnalların sayı 100.000-dən yuxarı, çap edilən məqalələrin sayı isə bəzi tədqiqatçıların hesablanmalarına görə ildə 5 mln.-dan çoxdur. Bu rəqəmlər müxtəlif hesablamaların nəticələrinə görə fərqlənə və hər il dəyişə bilər. Bununla belə, ümumi fikrə görə elmi jurnalların say artımı ildə orta hesabla 4%-ə bərabərdir. Təəssüflər olsun ki, yeni nəşr olunan jurnallar arasında biznes xatirinə aşağı keyfiyyətli məqalələri rəyə vermədən çap edən “yırtıcı jurnal”lara da çox rast gəlinir. Bu baxımdan elmi jurnalın nüfuzunu və ciddiliyini dəyərləndirmək üçün müəyyən indikatorlar əsasında reytinq cədvəlinin tərtib edilməsi və hər il yenilənməsi mühüm əhəmiyyət kəsb edir.

2022-ci ildə dünyada nəşr olunan 100 000-dən artıq elmi jurnaldan 27955-i SJR reytinq cədvəlinə daxil edilmişdir ki, onların da 177-i gözləmə (sınaq) qrupuna aiddirlər.

Bazada indeksləşən jurnallar SJR impakt-faktorunun qiymətinə əsasən reytinq sırasına düzülür. Belə ki, reytinq cədvəlində 1-ci yeri tutan Ca-A Cancer Journal Clinicians jurnalının SJR impakt-faktoru 86,091 (kvartıl Q1), 27778-ci yerdə qərarlaşan Zivot Umcetnosti jurnalnın SJR impakt-faktoru isə 0,1-ə bərabərdir. Elmi jurnalı qiymətləndirmək üçün əsas elmmetrik göstərici sayılan impakt-faktor müxtəlif üsullarla hesablana bilər. Onlardan ikisinin üstündə dayanmaq məqsədəuyğun olardı: Web of Science bazası üçün Journal Ctation Reports (JCR) və Scopus bazası üçün SCİmago Journal Rank (SJR). JCR metodikasında 2 göstərici əsas götürülür: əvvəlki iki ildə çap olunan məqalələrə istinadların sayının həmin dövrdəki məqalələrin sayına nisbəti. SJR metodikası daha mürəkkəb və mükəmməl olmaqla əvvəlki 3 ilin orta istinadları və məqalələri ilə yanaşə istinad edən nəşriyyatın nüfuzu, tədqiqat sahəsi, istinadların müəyyən normalara uyğun əsaslandırılması kimi parametrləri də nəzərə alır.

Azərbaycanda nəşr olunan elmi jurnalların sayı 360-dan yuxarı olsa da, onlardan yalnız 13-ü 2022-ci ildə SJR reyting cədvəlində yer almışdır. Cədvəl 1-də həmin jurnalların bəzi göstəriciləri: SCOPUS bazasına daxil edildiyi illər, SJR impakt-faktoru, kvartil, 2022-ci ildə məqalələrin sayı, H-indeks və son 2 ildə 1 məqaləyə edilən istinadların orta sayı verilmişdir.

Cədvəl 1.

 

 

Jurnalın adı

 

İmpakt-faktor və kvartil (SJR)

 

2022-ci ildə məqalələrin sayı

 

H-indeks

 

Son 2 ildə 1 məqaləyə düşən istinadlar

1

Applied and Computational Mathematics (3110*)

2008-2016, 2018-2021**

1,1910187,00
2

Azerbaijan Journal of Mathematics (13176)

           2011-2022

0,370

Q3

26150,96
3

Proceedings of the İnstitute of Mathematics and Mechanics (13832)

           2017-2022

0,345

Q3

3991,43
4

Advanced Mathematical Model and Applications (13899)

           2021-2022

0,342

Q3

3351,85
5

ANAS Transactions.Earth Sciences (15460)

           2020-2022

0,289

Q3

1932,18
6

SOCAR Proceedings (15859)  

            2010-2022

0,279

Q3

172232,40
7

Transactions İssue Mathematics ANAS (16599)  

            2015-2022

0,258

Q3

2960,45
8

Azerbaijan Medical Journal (19474)

2002-2013, 2016-2022

0,194

Q4

9760,32
9

New Materials, Compounds and Applications (22929)  

           2021-2022

0,136

Q4

3120,59
10

Azerbaijan Chemical Journal (23033)

            2020-2022

0,134

Q4

6220,15
11

Chemical Problems (25138)

            2021-2022

0,111

Q4

4010,09
12

New Design İdeas (25213)

            2017-2022

0,111

Q3

3240,10
13

Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal (26801)

            2009-2021

0,101

Q4

030,00

* Reytinq cədvəlində yer olan 27955 journal sırasında yeri

** Jurnalın Scopus bazasında yer aldığı illər

Cədvəl 1-dən göründüyü kimi, Azərbaycanda nəşr olunan 13 jurnaldan 5-i riyaziyyat, 4-ü kimya, qalan 4-üı isə Yer elmləri, tibb, farmakologiya və humanitar sahələrə aiddir. 13 jurnaldan 6-ı, o cümlədən, 3-ü riyaziyyat, 2-i kimya və 1-i Yer elmləri sahəsinə aid olmaqla AMEA-dan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən Riyaziyyat və Mexanika, Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika institutlarında, 3-ü Bakı Dövlət Universitetində (onlardan 2-si Jomard nəşriyyatında), 2-si Azərbaycan Tibb Universitetində, 1-i SOCAR Neft Qaz Elmi Tədqiqat Layihə İnstitutunda, 1-i isə Jomard nəşriyyatında incəsənət və humanitar sahədə müstəqil jurnal kimi çap olunur.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə Scopus bazasına Azərbaycandan cəmi 10 elmi jurnal daxil olduğu halda 2022-ci ildə onların sayı 13-ə çatmışdır (o cümlədən, kimya sahəsində 2-dən 4-ə). Onu da nəzərə almaq lazımdır ki, SJR reytinq cədvəli hər il dəyişdiyindən standartlara cavab verməyən jurnallar müəyyən vaxtdan sonra siyahıdan çıxarılırlar.

Kimya sahəsində nəşr edilən 4 jurnaldan biri - SOCAR Proceedings jurnalı 2010-cu ildən Scopus bazasına daxildir. Geniş profilli SOCAR Proceedings junralında kimya və kimya texnologiyası ilə yanaşı tətbiqi riyaziyyat, geologiya, geofizika, yanacaq və energetika sahəsində məqalələr də yer alır. Digər 3 jurnalda (onlardan biri Bakı Dövlət Universitetində, ikisi isə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda nəş olunur) yalnız kimya elminin müxtəlif sahələri üzrə məqalələr çap edilir. 

Yuxarıda qeyd edildiyi kimi jurnalların mühüm elmmetrik göstəricisi olan impakt-faktor müxtəlif formullar ilə hesablana bilər. Standart impakt-faktor sadə bir formul ilə, müəyyən dövrdə (1,3 və ya 5 il) jurnalda çap olunan məqalələrə edilən istinadların sayının məqalələrin ümumi sayına nisbəti kimi hesablanır. Belə yanaşma olduqca bəsit və formal xarakter daşıyır. Ona görə də nüfuzlu elmmetrik bazalar əlavə olaraq müxtəlif parametrləri də nəzərə almaqla impakt-faktoru hesablamaq üçün təkmilləşdirilmiş formullardan istifadə edirlər.

Məsələn, Scopus bazasına daxil olan jurnalların impakt faktoru eyni zamanda 3 göstəriciyə görə hesablanır:

SJR. Ən qiymtəli elmmetrik göstəricilərdən hesab edilən SJR impakt-faktoru sadəcə olaraq istinad/məqalə nisbətini deyil, həm də bilik sahəsinin xüsusiyyətlərini, istinad edən jurnalın nüfuzunu, istinadların müəyyən normalara görə nə qədər əsaslı olmasını və s. nəzərə alır.

CiteScore. Ümumi və sadə reyting göstəricisi olmaqla son 4 ildə (məsələn, 2022-ci il üçün 2019-2022-ci illərdə) istinadların sayının məqalələrin ümumi sayına nisbəti kimi hesablanır.

SNİP (Source Normalized İmpakt per Paper). Sahəyə xas fərqləri nəzərə alan mürəkkəb bir metrik göstərici olub, məqaləyə edilən istinadların konkret mənbələrə əsasən ixtisaslaşmış nəşrlərdə potensial istinadların sayına nisbəti kimi hesablanır. Bu paremetri dar sahələrin mütəxəssisləi üçün maraqlıdır.

Deyilənləri əyani şəkildə göstərmək üçün Kimya sahəsində Scopus bazasına daxil edilən Azərbaycanın elmi jurnallarıın 2022-ci il üçün bəzi göstəriciləri Cədvəl 2-də verilmişdir. Qeyd etmək maraqlı olar ki, 2022-ci ildə Scopus bazasına düşən 27955 jurnaldan yalnız 970-i kimya sahəsinə aid edilən jurnallardır (müqayisə üçün, tibb və sağlamlıq sahəsində jurnalların sayı 7913, biokimya, genetika və molekulyar biologiya sahəsində - 2112, riyaziyyat sahəsində - 1708, fizika və astronomiya sahəsində 1218-dir).

Cədvəl 2.

 

 

Jurnalın adı

 

Scopus bazasında olduğu illər

 

Jurnalın nəşr olunduğu elmi qurum

 

 

 

İmpakt Faktor

 

 
    

 

SJR

Cite Score*

 

SNİP

 

1

 

SOCAR Proceedings

 

2010-2022

 

SOCAR Neft Qaz Elmi TədqiqatLayihə İnstitutu

 

0,279

 

2,3

(məqalə-

419,

Istinad- 963

 

0,975

 

2

 

New Materials, Compounds and Application

 

2021-2022

 

Bakı Dövlət Universiteti

 

0,136

0,4 (məqalə-61, istinad-23)

 

0,312

 

3

 

Azerbaijan Chemical Journal

 

2020-2022

 

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

 

0,134

0,3 (məqalə- 208

Istinad-62)

 

0,03

 

4

 

Chemical Problems

 

2021-2022

 

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

 

0,111

0,6 (məqalə-178

Istinad-104)

 

0,00

* CiteScore göstəricisi 2019-2022-ci illərdə çap olunan nəqalələrə edilən istinadların sayının məqalələrin ümumi sayına olan nisbəti kimi hesablanır.

SJR reytinqində yer alan Cənubi Qafqaz üzrə qonşu ölkələrdə nəşr olunan jurnalların sayı və göstəriciləri müqayisə üçün maraq doğurduğundan Cədvəl 3-də Gürcüstan və Ermənistanda nəşr olunan jurnallar haqqında ümumi məlumat verilmişdir.

Cədvəl 3.

 

 

 

 

Jurnalın adı

 

İmpakt-faktor və kvadril (SJR)

 

2022-ci ildə məqalələrin sayı

 

H-indeks

 

2022-ci ildə 1 məqaləyə düşən istinadlar

 Gürcüstan Respublikası
1Memoirs of Differential Equations and Mathematical Physics (1996-2022)

 

0,222

Q4

 

33

 

18

 

0,56

2Bulletin of the Georgian NAS (2011-2022)

0,203

Q4

85130,26
3

Advanced Studies Euro-Tbilisi Mathematical Journal

(2021-2022)

0,145

Q4

3730,37
4

Transaction of A.Razmadze Mathematical İnstitute

(2016-2022)

0,145

Q4

49110,19
5Georgian Medical News   (2005-2022)

0,131

Q4

221190,24

6

 

Bulletin of TİCMİ*

(2016-2021)

0,111

Q4

750,14
7Lecture Notes of TİCMİ (2019-2022)

0,102

Q4

020,25

 

         Ermənistan Respublikası

 

1

Armenian Journal of Mathematics   (2019-2022)

0,13

Q4

 

15

 

3

 

0,16

 

2

New Armenian Medical

Journal   (2009-2022)

0,127

Q4

 

59

 

7

 

0,25

 

3

Wisdom (discountinued)

(2018-2022)

 

-

 

66

 

7

 

0,45

* Tbilisi İnternational Centre of Mathematics and İnformatics

Göründüyü kimi, 2022-ci ildə Gürcüstanda nəşr olunan jurnallardan 7-i Scopus bazasına daxil edilib ki, onlardan 5-i riyaziyyat və informatika, 1-i multidissiplinar və 1-i tibb sahəsinə aiddir. Ermənistan cəmi 3 jurnalla təmsil olunub ki onlar da da müvafiq olaraq riyaziyyat, tibb və fəlsəfə sahələrini əhatə edir. Kimya sahəsində heç bir jurnal SJR reytinq cədvəlində yer almayıb.

Müqayisə üçün onu da qeyd etmək olar ki, 2022-ci ilin nəticələrinə görə Rusiya Federasiyasında Scopus bazasına daxil edilən 507 jurnaldan 15-i, İranda 234 jurnaldan 13-ü, Türkiyədə 245 jurnaldan 7-i, Ukraniyada 102 jurnaldan 6-i, Kazakstanda 8 jurnaldan 2-i, Litvada 5 jurnaldan 1-i, Belarusda 15 jurnaldan 1-i və Moldovada 11 jurnaldan 1-i kimya sahəsinə aiddir. Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda və Tacikistanda ümumiyyətlə heç bir jurnal Scopus bazasına daxil deyil. Estoniya və Latviyada bu bazada yer alan jurnalların ümumi sayı müvafiq olaraq 34 və 10 olsa da, onların arasında kimya ixtisaslı jurnal yoxdur.

“SCIMAGO Journal & Country Rank” portalı ölkələr, elm yönümlü qurumlar və jurnallar haqqında geniş məlumatları özündə əks etdirməklə hər il yenilənir və bunun nəticəsi olaraq Scopus bazasına daxil edilən jurnalların da sayı və göstəriciləri dinamik olaraq ildən ilə dəyişir. Məsələn, Scopus bazasına daxil edilən jurnalların sayı 2020-ci ildə 35026 olduğu halda 2022-ci ildə 27955-ə qədər azalmışdır ki, bu da bəzi jurnalların standart tələblərə hazırda cavab vermədiyindən reytinq cədvəlindən çıxarılması və yeni jurnalların bazaya daxil edilməsi ilə əlaqədardır. Bunu nəzərə alaraq, jurnalların keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılmalı və eyni zamanda, digər elmi jurnalların da Scopus bazasına daxil edilməsi üçün zəruri tədbirlər görülməlidir.

Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023