Jul 22, 2023 | 17:47 Yeni nəşrlər
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Xacə Nəsirəddin Tusinin “Övsafül-əşraf” və “Bist bab dər elmi-üstürlab” əsərləri nəşr olunub.
Kitaba böyük Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusinin “Övsafül-əşraf” (Şərafət sahiblərinin vəsfi) və “Bist bab dər elmi-üstürlab” (Üstürlab elmi haqqında iyirmi bab) adlı iki risaləsi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı tərəfindən fars dilinə tərcümə olunaraq daxil edilmişdir. R.Şeyxzamanlı kitaba geniş ön söz yazmış, şəkillər, qeyd və izahlar əlavə etmişdir. İyirmi babdan ibarət “Bist bab dər elmi-üstürlab” risaləsi ilk dəfə, altı babdan ibarət “Övsafül-əşraf” risaləsi isə müəyyən düzəlişlərlə təkrar nəşr olunmuşdur.
Qeyd edək ki, yeni nəşrin elmi redaktorları institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nəsib Göyüşov və Qafqaz Müsəlmanları İdarəsinin keçmiş şöbə müdiri, mərhum şərqşünas alim, filologiya elmləri namizədi Müqəddəs Payızovdur.
www.science.gov.az