Jul 11, 2023 | 15:55 Yeni nəşrlər
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Aynurə Əliyevanın tərtib edib, nəşrə hazırladığı “Abdulla Şaiq Talıbzadə. Gülşəni-ədəbiyyat” kitabı işıq üzü görüb. A.Əliyeva kitaba geniş “Ön söz” yazmış, lüğət, qeyd və izahlar əlavə etmişdir.
“Gülşəni-ədəbiyyat” (“Ədəbiyyat bağçası”) XX əsr Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində özünəməxsus yer tutan, görkəmli ədib Abdulla Şaiqin 1910-cu ildə Bakıda fars dilində nəşr etdirdiyi və uzun illər tədris vəsaiti kimi istifadə olunan ədəbiyyat müntəxəbatıdır. İlk dəfə olaraq Azərbaycan dilinə tərcümə olunan bu kitab ibrətamiz fikirlər, əxlaqi-mənəvi dəyərlər aşılayan bədii nümunələrdən ibarət bir topludur.
Farsdilli ədəbiyyatın öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Mailoğludur.
www.science.gov.az