AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qədim türk abidəsi “Xuastuanift”in dili” adlı monoqrafiya çap olunub
Jul 10, 2023 | 16:50 Yeni nəşrlər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d., dosent Qətibə Quliyevanın “Qədim türk abidəsi “Xuastuanift”in dili” adlı monoqrafiyası çap olunub. Monoqrafiya qədim türk abidələri içində ikinci böyük qolu təşkil edən qədim uyğur abidələrindən olan “Xuastuanift”in Berlin, London və Sankt-Peterburq nüsxələri, onalrın tapılması və nəşri tarixi, qədim uyğur abidələrinin təsnifatı, qədim uyğur türkləri, onların tarixi və mədəniyyəti haqqında bilgiləri, eləcə də abidənin dil xüsusiyyətlərinin təhlilini əhatə edir. Monoqrafiyada qədim türklərin dini inancları fonunda manixey dininə tapınan uyğur türklərinin müxtəlif zamanlarda qəbul etdikləri dini inanclardan, manixeyizmin yaranmasından və türklər arasında yayılmasından bəhs olunur.  Da­ha son­ra mü­əl­lif uy­ğur­­şü­­nas­­lı­ğın ta­ri­xi və müa­sir və­ziy­yə­ti ba­­rə­də da­nı­şır, son il­lər­də qə­dim uy­­ğur abi­də­lə­ri­nin təd­qi­qi­nə həsr olun­muş əsər­lər üz­­rin­də da­­ya­nır, hə­min əsər­lə­ri qiy­­mət­lən­di­rir.

Kitabda qədim uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu olan və manixey türklərin tövbə duası olan “Xuastuanift”in dil xüsusiyyətləri qədim və orta əsrlər türk yazılı abidələri, müasir türk dilləri ilə müqayisəli şəkildə araşdırılmış, qədim uyğur türklərinin mədəniyyətinin müəyyən mərhələləri işıqlandırılmış, türkcənin təşəkkül və inkişaf tarixi fonunda abidənin türk tərcümə ədəbiyyatı tarixindəki yeri, abidənin yazıldığı dil mühiti, fonetik, leksik və qrammatik xüsusiyyətləri tarixi-linqvistik aspektdə təhlil edilmişdir.

Türkologiyada bu sahədə ilk kompleks şəkildə elmi araşdırma hesab edilən monoqrafiyanın elmi redaktorları mərhum professor Məmmədəli Qıpçaq, rəyçiləri akademik Nizami Cəfərov, professor Sevil Mehdiyeva, professor Osman Fikri Sertkaya, redaktoru Dəyanət Osmanlıdır. Yeni nəşr Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə işıq üzü görüb. Monoqrafiya görkəmli türkoloq, mərhum professor Məmmədəli Novruzovun (Qıpçaq) əziz xatirəsinə həsr olunub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
Yanvar
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
29
30
31
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
1
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00