AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Əlyazmalar yanmır” jurnalının yeni sayı çap olunub
Aug 16, 2023 | 16:51 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” jurnalının növbəti sayı işıq üzü görüb.

Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin baş redaktorluğu ilə çap olunan “Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu sayında “Heydər Əliyev - 100”, “Ədəbiyyatşünaslıq”, “Mətnşünaslıq”, “Dilçilik”, “Kitabxanaşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” bölmələri üzrə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” (Heydər Əliyev)”, “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənc nəslin tərbiyəsində rolu”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu, tarix yazan dahi şəxsiyyət”, “Nigar Rəfibəylinin poeziyasında Nizami”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı”, “Yusif Seyidovun ədəbi dil barədə fikirləri”, ““Əl-Ədvar fi əl-musiqi” əsərinin əlyazma nüsxəsinin paleoqrafik xüsusiyyətləri və müqayisəli təhlili”, “Mirzə Fətəli Axundov adına Milli Kitabxana xalqımızın mədəni sərvətidir”, “Şövkət Sübhi. Tərcibənd”, “Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı (Teymur Kərimli – 70)” və s. mövzularda məqalələr yer alıb.

Qeyd edək ki, 2015-ci ildən nəşr olunan  jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir və elmi məqalələr toplusu GoogleScholar, ISTINA, Index Copernicus, ROAD, Ulrich’s Periodicals, Semantic Scholar, Asos Indeks, ResearchBib, CiteFactor, İdealonline, Academia.edu, GoodReads kimi beynəlxalq bazalarda indeksləşir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023