Akademik Teymur Kərimlinin Kamal Talıbzadəyə həsr olunmuş məqaləsi çap olunub
Aug 15, 2023 | 11:50 Yeni nəşrlər
Aug 15, 2023 | 11:50 Yeni nəşrlər
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Kamal Talıbzadə - 100: Geniş diapazonlu ədəbiyyatşünas” adlı məqaləsi “Ədəbiyyat qəzeti”nin ədəbiyyatşünas alim Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışında nəşr olunub.
Məqalədə alim Kamal Talıbzadə haqqında xatirələri, onun şəxsiyyəti ilə bağlı müxtəlif vaxtlarda deyilmiş fikirləri bölüşüb, akademikin bu gün də ədəbiyyatşünaslıq elmimizin inkişafında aktuallığını qoruyub saxlayan qiymətli elmi fəaliyyətindən bəhs edib.
Məqalə ilə buradan tanış ola bilərsiniz.
www.science.gov.az