AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor Nadir Məmmədli: Dilçiliyin süni intellektlə uzlaşdırılması mühüm prosesdir
May 25, 2026 | 12:26 Mühüm hadisələr

Etimoloji lüğətimizin hələ də olmaması ciddi bir problem kimi qalır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib. Direktor bildirib ki, funksional və praktik dilçilik hələ tam inkişaf etməyib: “Biz daha çox praktik dilin inkişafına üstünlük verməliyik və bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb.

Dilçiliyin süni intellektlə uzlaşdırılması mühüm prosesdir. Dünyada bu istiqamətdə intensiv inkişaf gedir. Lakin ölkəmizdə hələ milli alqoritmlər mövcud deyil və biz daha çox xarici alqoritmlərdən istifadə edirik. Azərbaycan dilinin müəyyən standartları mütləq dəyişdirilməlidir”.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023