Apr 14, 2026 | 16:33 Yeni nəşrlər
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb.
Ramazan Seydaoğlunun (Karataş) rəhbərlik etdiyi “Liz yayınları”nda nəşr olunan kitabdakı şeirlər Azərbaycan dilindədir. Şeirlər toplusunun üz qabığındakı rəsm əsəri rəssam Nəvai Metinə məxsusdur.
Sayca müəllifin dördüncü şeirlər toplusu olan bu kitab Gülnar Səmanın (Qasımlı Gülnar Vaqif qızı) 40 illik yubileyinə töhfədir. Bundan əvvəl müəllifin “Mən sehrli səmayam” (2001), “İçimdəki söhbətlər” (2011) və “Gül” (2016) kitabları da oxuculara təqdim olunub.
Lirik şeirlərdən ibarət olan kitabda Gülnar Səmanın əsasən son illərdə yazdığı müxtəlif mövzularda şeirləri yer alıb.
www.science.gov.az


