AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Gənc tədqiqatçı Zeynəb Həcəmova beynəlxalq sertifikata layiq görülüb
Apr 07, 2026 | 12:55 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının əməkdaşı, Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Zeynəb Həcəmova CCEI Mədəniyyət və Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən “Layihə İdarəetməsi Peşəkarı” mövzusunda onlayn beynəlxalq təlimdə uğurla iştirak edərək beynəlxalq sertifikat əldə edib.

Təlimdə iştirak edən Zeynəb Həcəmova ölkədə layihə idarəetməsi üzrə beynəlxalq standartların və innovativ kommunikasiyaların tətbiqinə dair peşəkar səviyyədə bilik və bacarıqlar əldə edib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023