Apr 07, 2026 | 14:36 Görüşlər
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və müasir filologiya fakültəsinin dekanı professor Milena Yordanova və Türk və Altay araşdırmaları şöbəsinin professoru İrina Saraivanova Nəsimi adına Dilçilik İnstitutunun qonağı olublar.
Görüş çərçivəsində tərəflər arasında elmi əməkdaşlığın genişləndirilməsi, xüsusilə türkoloji istiqamətdə ortaq tədqiqatların aparılması, birgə elmi seminar və konfransların təşkili, həmçinin akademik mübadilə imkanlarının inkişafı məsələləri müzakirə edilmişdir. Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Vəfa Abdullayeva-Nəbiyeva tərəfindən ortaq elmi layihələrin hazırlanması və sistemli şəkildə həyata keçirilməsinə dair konkret təkliflər irəli sürülmüşdür. Səfər çərçivəsində bolqar alimlər institutun Monitorinq və linqvistik təhlil, eləcə də Hind-Avropa dilləri şöbələrində aparılan elmi-tədqiqat istiqamətləri ilə yaxından tanış olmuş, mövcud metodoloji yanaşmalar və perspektiv inkişaf imkanları barədə fikir mübadiləsi aparmışlar.
Görüş iki elmi mərkəz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və beynəlxalq elmi inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.
www.science.gov.az


