AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Möminlərin töhfəsi” (“Töhfətül-möminin”) kitabının üçüncü cildi çapdan çıxıb
Mar 18, 2026 | 15:14 Yeni nəşrlər

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Kəlamə Abbasovanın fars dilindən tərcümə etdiyi “Möminlərin töhfəsi” (“Töhfətül-möminin”) kitabının üçüncü cildi işıq üzü görüb.

Bu əsər Şah Süleyman Səfəvinin sarayında həkimbaşı vəzifəsində çalışmış XVII əsrin tanınmış təbiblərindən olan Mir Məhəmməd Hüseyni Möminin qədim və orta əsr əczaçı, bitkişünas və təbiblərinin əsərlərinə istinad etməklə yazdığı kitabın Azərbaycan dilinə tərcüməsidir. Kitabdan klassik Şərq təbabəti ilə maraqlanan mütəxəssislər və geniş oxucu kütləsi faydalana bilər.

Yeni nəşrin elmi redaktoru dosent Əkrəm Bağırov, kitabda yer alan “Ön söz”ün, qeyd və şərhlərin müəllifi Kəlamə Abbasovadır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023