AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilarə Adilgilin “Söz səfərinin sarvanları” kitabı nəşr olunub
Mar 18, 2026 | 15:06 Yeni nəşrlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Dilarə Adilgilin “Söz səfərinin sarvanları” kitabı nəşr olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 9 oktyabr 2025-ci il tarixli qərarı ilə nəşr edilib.

Məqalələr toplusunun “Ön söz”ü akademik Nizami Cəfərova məxsusdur. Kitabın elmi redaktoru XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Sara Osmanlıdır.

Nəşr 292 səhifədən ibarət altı bölümlüdür. Topluda ədəbi portretlər və onların yaradıcılıq səciyyəsi, yeni nəsil ədəbiyyatı, toponimlərə aid məqalələr, türk mətbuatında yayımlanan yazılar və başqaları yer alıb.

Kitabda Mir Cəlal, İmran Qasımov, Həsən Seyidbəyli, Qasım Qasımzadə və digər sənətkarlara aid tədqiqatlar var.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023