Mar 19, 2026 | 10:02 Yeni nəşrlər
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsində hazırlanmış “Azərbaycan teatrşünaslığı: biblioqrafik göstərici” kitabı işıq üzü görüb.
Kitab şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və şöbənin böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva tərəfindən tərtib edilib.
Milli teatrşünaslığımızın zəngin irsini bir mənbədə toplamaq, onun biblioqrafik mənzərəsini yaratmaq məqsədi daşıyan kitabda yalnız teatrşünasların deyil, bütövlükdə teatr, dramaturgiya və görkəmli sənətkarlar haqqında müxtəlif qələm adamlarının yazdığı əsərlərin biblioqrafik göstəriciləri toplanıb.
Kitabda, həmçinin tədqiqat mövzusu teatr və dramaturgiya ilə bağlı olan, elmin humanitar istiqamətləri üzrə müdafiə edilmiş dissertasiya işlərinin, eləcə də xarici müəlliflərin dilimizə çevrilmiş əsərlərinin biblioqrafik məlumatları da yer alıb.
Kitabdan teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, magistrant və doktorantlar yararlana bilər.
www.science.gov.az


