Feb 16, 2026 | 15:34 Görüşlər
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Heydər Əliyev irsinin araşdırmaçısı Sevinc Dadaşova Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Gənclərin gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsində ekspert qismində iştirak edib.
Gənclərin Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolunun daha yaxından öyrənməsi, hüquqi və dövlətçilik biliklərinin artırılması, analitik və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilmiş layihədə S.Dadaşova iştirakçılarla bilik və təcrübələrini bölüşüb, layihəni gənclərin komanda işi, təqdimat və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, vətəndaşlıq mövqeyinin gücləndirilməsi və ictimai fəallığın təşviqi baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirib.
Əməkdaşımızla yanaşı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin müəllimi, vəkil Aytən Abbasova və layihələrin yazılması üzrə ekspert Fatimə Quliyeva da layihədə ekspert qismində çıxış ediblər.
Qeyd edək ki, üç günlük hakaton formatında keçirilən layihə çərçivəsində iştirakçılar tarixçi və hüquq ekspertləri ilə görüşlərdə iştirak edib, komandalar şəklində müxtəlif mövzular üzrə layihələr hazırlayıblar.
Layihələrin təqdimatı və qiymətləndirilməsi nəticəsində qaliblər müəyyənləşdirilərək sertifikatlarla təltif olunublar.
www.science.gov.az


