Nov 27, 2025 | 14:23 Konfranslar, iclaslar
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Türkiyənin Kırşehir şəhərində keçirilən “Anadoluda türk yazı dilinin qabaqcılları və Aşıq Paşa” beynəlxalq simpoziumunda iştirak ediblər.
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kırşehir valiliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və Kırşehir Ahi Evran Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumda Qazaxıstan, Türkiyə, Şimali Kipr, Qırğızıstan və Azərbaycandan dəvət olunmuş alimlər türk dilinin tarixi, Anadoluda türk ədəbi dilinin ilk nümunələri və s. mövzularda məruzələrlə çıxış ediblər. 60-dan çox məruzənin dinlənildiyi simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun alimləri ‒ Türk dilləri şöbəsinin baş elmi işçisi, fil.e.d., dos. Şəbnəm Həsənli-Qəribova və Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Fidan Salayeva da məruzə ilə çıxış edib. Şəbnəm Həsənli-Qəribovanın “XIV-XVI. yüzyıllarda Türkçe cümle yapısında tekyüklemlilik ve çokyüklemlilik”, Fidan Salayevanın “Aşık Paşa ve eserlerinde toponimlerin rolü: Anadolu coğrafyasının edebi yansıması” mövzularında məruzələri maraqla qarşılanıb və çıxışçılar sertifikatla təltif edilib.
www.science.gov.az


