AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun əməkdaşı Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə edib
Nov 17, 2025 | 11:40 Mühüm hadisələr

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Nizami Gəncəvi Əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Günel Quliyeva Türkiyədə “Transdisiplinarlığa doğru...” mövzusunda keçirilmiş II Beynəlxalq Ədəbiyyat, Dil və Təhsil Araşdırmaları simpoziumunda onlayn şəkildə iştirak edib.

Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Çin, Hindistan və İranın aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız “Əlyazma qaynaqlarında Seyid Əzim Şirvani üslubunun qorunması və təhriflər” mövzusunda məruzə edib, çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.

Qeyd edək ki, Beynəlxalq simpozium EDEA - Ədəbiyyat, Dil və Təhsil Araşdırmaları Qurumu, UNESCO Türkiyə Milli Komissiyası, ANASEM - Anadolu Semiotik Araşdırmalar Dərnəyi, “Nobel” nəşriyyatı və Çankaya Bələdiyyəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023