Oct 17, 2025 | 15:12 Mühüm hadisələr
Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən XIV Beynəlxalq “Musiqi və rəqs” konqresində AMEA Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşı iştirak edib.
Konqresin məqsədi hazırkı dövrdə musiqinin müxtəlif janrlarında mövcud olan problemləri və nəzəri-praktiki təhlillərlə zəngin araşdırmaları geniş elmi auditoriyaya catdırmaq olub. Konqresdə Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli “Sənətşünaslıq: bədii irsin üslub istiqamətləri”, Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərli “Azərbaycanın dövlət quruculuğunda musiqinin rolu” və Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işcisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasimi “Bakı musiqisi:Azərbaycan musiqi mədəniyyətinin funksional aspekti kimi” adlı məruzələrlə çıxış ediblər. Tədbirdə baş tutan hər üç alimin çıxışı böyük marağa səbəb olub.
Tədbirin sonunda İnstitutun əməkdaşları Konqresin sədri, Sakarya Universitetinin professoru Kürşad Gülbeyaz tərəfindən fəal iştiraka və uğurlu çıxışlara görə təşəkkürnamə ilə təltif olunub.
www.science.gov.az


