Oct 07, 2025 | 12:33 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Xatirə Kərimova 3-4 oktyabr 2025-ci il tarixlərdə Quba Soyqırımı Memorial Kompleksində “Qoruqlar və muzeylər - keçmişdən gələcəyə körpü” mövzusunda keçirilmiş III Quba Simpoziumunda iştirak edib.
Ölkənin bir sıra aparıcı təhsil müəssisələri, elmi-tədqiqat institutları, dövlət qurumları və ictimai təşkilat nümayəndələrinin qatıldığı simpoziumda əməkdaşımız “Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” əsəri - yazılı tarixi abidə kimi” mövzusunda məruzə edib, ətraflı və dolğun çıxışına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb.
Qeyd edək ki, simpozium Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi və Quba Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə həyata keçirilib.
www.science.gov.az


