Oct 08, 2025 | 12:10 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Şəhla Xəlilli Bakı Slavyan Universitetində keçirilmiş II Beynəlxalq Balkanşünaslıq Konfransında iştirak edib.
Balkan araşdırmaları sahəsi üzrə aparıcı alim və mütəxəssislərin qatıldığı, Balkan xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi həyatı, o cümlədən Azərbaycan-Balkan ölkələri arasındakı münasibətlərin müxtəlif aspektlərini əhatə edən konfransda əməkdaşımız “Balkan mənşəli şairlərin əsərlərinin Bakı nüsxələri” mövzusunda məruzə edib, çıxışına görə təşkilatçı qurumun sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti və Ali Təhsil Mərkəzinin (BSU) birgə təşkilatçılığı ilə həyata keçirilib. Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda Balkanşünaslıq sahəsinin inkişafına töhfə vermək və Balkan ölkələrində Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatları elmi ictimaiyyətə təqdim etməkdir.
www.science.gov.az


