Oct 08, 2025 | 12:08 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Jalə Rüstəmova 24-26 sentyabr 2025-ci il tarixlərdə Azərbaycan Dillər Universitetində keçirilmiş V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransında iştirak edib.
Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, İtaliya, Polşa, Yunanıstan və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı konfransda əməkdaşımız ““Həzə kitabi-Xavərnameyi türki” dastanı tərcümə əsəri kimi” mövzusunda məruzə edib, maraqlı çıxışına və konfransda fəal iştirakına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb.
Qeyd edək ki, dilçilik, tərcümə, ədəbiyyatşünaslıq, pedaqogika, mədəniyyətşünaslıq və xarici dillərin tədrisi istiqamətlərini əhatə edən konfrans Azərbaycan Dillər Universiteti və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
www.science.gov.az


