AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Cəfər Təyyarın tərcümə prinsipləri (Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri əsasında)” monoqrafiyası nəşr olunub
Jun 05, 2025 | 13:40 Yeni nəşrlər

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Elnurə Babayevanın “Cəfər Təyyarın tərcümə prinsipləri (Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri əsasında)” monoqrafiyası işıq üzü görüb.

Kitabda yer alan geniş ön sözün müəllifi də E.Babayevadır.

Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri Yaxın və Orta Şərqdə əruz elminin öyrənilməsi baxımından ən çox sevilən və oxunan əsərlərdən biri sayılır. Bu əsərin Cəfər Təyyar tərəfindən türk dilinə tərcüməsinin tədqiqi bölgədə və ümumilikdə türk dünyasında əruzşünaslıq və qafiyəşünaslıq elminin tədrisində böyük əhəmiyyət kəsb etdiyi kimi, bu tipli mürəkkəb quruluşlu əsərlərin araşdırılmasına örnək olmaq nöqteyi-nəzərdən də önəmlidir.

Qeyd edək ki, yeni nəşrin elmi redaktorları fil.e.d., professor Tərlan Quliyev və Rüxsarə Məmmədova, rəyçisi isə Hacı Rauf Şeyxzamanlıdır.

 

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023