AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Dilçilik İnstitutunun əməkdaşı elm sahəsi üzrə “İlin Gənci” seçilib
Fev 06, 2023 | 10:23 / Mühüm hadisələr
Oxunub 102 dəfə

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  təşəbbüsü ilə uğurlu fəaliyyətləri ilə seçilən gənclərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və digər nüfuzlu şəxslər iştirak ediblər. Mərasimdə elm, təhsil, mədəniyyət, ədəbiyyat, IT, tibb və digər sahələrdə fərqlənən gənclərə mükafatlar təqdim olunub.

Elm sahəsi nominasiyası üzrə Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva “İlin Gənci” seçilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015