AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Gənclik və cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib
Fev 02, 2023 | 04:14 / Konfranslar, iclaslar
Oxunub 83 dəfə

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Gənclər Gününə həsr edilmiş “Gənclik və cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin Gənc Alim və  Mütəxəssislər Şurasının sədri Əlləz Əhmədov qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir və institutun gənclərinin də bu işdə öz payı var.

Tədbir çərçivəsində gənclərin 2022-ci il üzrə hesabatı diqqətə çatdırılıqdan sonra 2023-cü il üçün nəzərdə tutulan tədbirlər planı müzakirə edilib. Daha sonra institutun Musiqi folkloru şöbəsinin baş laborantı Səmərə Qafarlının “Azərbaycan gəncliyinin cəmiyyətdə rolu və perspektivləri” adlı məruzəsi dinlənilib. Maraqla qarşılanan məruzədə qoyulan məsələlərə münasibət bildirən gənclər onları narahat edən problemlərdən, onların həlli yollarından danışıblar.

Sonda 2022-ci ildə elmi və ictimai fəaliyyətlərində qazandıqları uğurlara görə üç gənc alimə institutun Həmkarlar təşkilatı və Gənc Alimlər və Mütəxəssislər Şurasının Fəxri fərmanı və pul mükafatı təqdim edilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015