AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat İnstitutunun əməkdaşı Çində onlayn təhsil düşərgəsində iştirak edib
Yan 24, 2023 | 09:24 / Konfranslar, iclaslar
Oxunub 27 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Nərgiz Kərimova Çin dilinin təkmilləşdirilməsi məqsədilə Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Çin Xarici Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzinin ev sahibliyi etdiyi və Anxoy Universitetinin Beynəlxalq Təhsil şöbəsi tərəfindən həyata keçirilən “Anxoy Universitetinin Çin dili körpüsü” adlı onlayn təhsil düşərgəsində iştirak edib.

İki həftə tədris müddəti ərzində peşəkar müəllimlər tərəfindən Çin dili, mədəniyyəti, tarixi haqqında geniş və ətraflı şəkildə dərslər keçirilib. 17 ölkədən 130-dan çox iştirakçının qatıldığı düşərgədə müxtəlif mövzular üzrə təqdimatlar nümayiş etdirilib.

Tədbirdə Nərgiz Kərimova “Gözəl Anxoy məni gözləyir” mövzusunda video təqdimatla çıxış edib və 130 iştirakçı arasında III yeri tutaraq Müvəffəqiyyət sertifikatına layiq görülüb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015