AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Türkologiya” jurnalının 2022-ci il üçün sonuncu nömrəsi çap olunub
Yan 24, 2023 | 09:23 / Yeni nəşrlər
Oxunub 25 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Türkologiya” jurnalının 2022-ci il üçün 2-ci nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə, Çin, Özbəkistan, Şimali Makedoniya və Bolqarıstan alimlərinin türkologiyanın müxtəlif sahələrinə aid məqalələri dərc olunub. 

Daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Dil və ədəbiyyat əlaqələri”, “Dil nəzəriyyəsi”, “Mifolinqvistika”, “Dil mədəniyyəti”, “Multidissiplinar dilçilik”, “Türkologiyanın klassikləri”, “Ədəbi irs” rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla qarşılanacaq.

“Personalia” rubrikasında isə Mirzə Kazımbəyin 220, Vasili Radlovun 185, Nuryağdı Nartıyevin 80, Elbrus Əzizovun 75 illik yubileylərinə həsr olunmuş məqalələr çap edilib.

Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.

“Türkologiya” jurnalı ildə 2 dəfə nəşr olunur. Jurnalın növbəti sayı üçün məqalə qəbulu davam edir.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015