AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Dilçilik İnstitutunda elmi seminar keçirilib
Yan 23, 2023 | 03:43 / Konfranslar, iclaslar
Oxunub 22 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.

İclasda iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəşad Tahiroğlu “Dil və dini inancların köklərinə doğru” adlı məruzə ilə çıxış edib.

Gənc tədqiqatçı qeyd edib ki, türk tarixinin keçmişini, dilini və dini köklərini elmi səviyyədə izah etməklə kökümüzü özümüzə tanıtmağa çalışmalıyıq.

Elmi seminarda institutun baş direktoru, professor Nadir Məmmədli, icraçı direktor dosent Baba Məhərrəmli, şöbə müdirləri professorlar İlhami Cəfərov, Mayıl Əsgərov, dosentlər Elçin İsmayılov və Teyyub Quliyev seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər.

İnstitutun elmi seminarının sədri, professor Sayalı Sadıqova mövzu haqqında fikirlərini bölüşərək məruzəçiyə təşəkkür edib və belə seminarların mütəmadi təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015