AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək
Noy 14, 2022 | 04:55 / Konfranslar, iclaslar
Oxunub 34 dəfə

Noyabrın 16-sı saat 13:30-da AMEA-nın Əsas binasında “Şuşa İli”nə həsr olunmuş “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda “Şuşa sənət beşiyidir. Şuşa xalçaları və onların dünya mədəniyyətində yeri”, “Ornament quruluşu baxımından Qarabağ və Anadolu xalçaları”, “Şuşa Azərbaycanın musiqi mədniyyətidir”, “Qarabağ səsinin təsiri və fenomenologiyası”, “Şuşanın şəhərsalma problemləri”, “Qarabağın memarlıq irsi və onun mühafizəsi” və digər mövzularda məruzələr dinləniləcək.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015