AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Əlyazmalar İnstitutunun alimi “Şuşa ili”nə həsr olunmuş tədbirdə çıxış edib
Noy 07, 2022 | 09:29 / Konfranslar, iclaslar
Oxunub 35 dəfə

Suraxanı Gənclər Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı rayon Gənclər və İdman İdarəsi, Suraxanı Gənclər Evi və rayon ictimaiyyətinin nümayəndəsi Elnur Kərimovun təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş maarifləndirici interaktiv sərgi-tədbir keçirilib.

Tədbirdə AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə gənclər qarşısında “Qarabağ ədəbi-mədəni mühiti və şuşalı ziyalıların mədəniyyətimizin inkişafında rolu” mövzusunda məruzə edib. O, VII-XX əsrlərdə Qarabağın ədəbi-mədəni mühitinə qısa ekskurs edib, çalışdığı institutda qorunan Qarabağa dair nadir əlyazmalar haqqında məlumat verib, gənclərin suallarını cavalandırıb.

Tədbirdə sərgilənən kitablar içərisində Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanan nəşrlər tədbir iştirakçılarının marağına səbəb olub.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015