AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Qazaxıstanlı alim Dilçilik İnstitutunda olub
Sen 19, 2022 | 11:24 / Görüşlər
Oxunub 30 dəfə

Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, həmin universitetin nəzdində fəaliyyət göstərən Mədəni irs və əlyazmalar fondunun sədri Zübeydə Şafkan AMEA-nın Nəsimi  adına Dilçilik İnstitutunda elmi ezamiyyətdə olub.

Görüşdə elmi müəssisənin baş direktoru, professor Nadir Məmmədli institutda görülən işlər haqqında qonağa məlumat verib, dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirib.

Zibeydə Şafkan Azərbaycan türkcəsində yazılmış dastan abidəsi “Rüstəmnameyi-türki” adlı məruzə ilə çıxış edib.

O bildirib ki, hazırda Azərbaycan dilində qələmə alınan unikal yazılı folklor abidəsi - “Rüstemnameyi-türki” əlyazmasının üzərində tədqiqat aparır. Bakıya gəlişinin də əsas səbəblərindən biri həmin əsərin əlyazma nüsxələri haqqında ətraflı məlumat toplamaqdır.

Zibeydə Şafkan tədqiqat apardığı abidənin dilinin Azərbaycan dilinə yaxın olduğunu bildirib.

Görüşdən məmnunluğunu bildirən Zibeydə Safkan Dilçilik İnstitutu ilə Qazaxıstanın müvafiq elm və təhsil qurumlarının əməkdaşlığının genişləndirilməsinin vacibliyindən danışıb.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015