AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycanlı alim Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
İyn 21, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 30 dəfə

Türkiyənin paytaxtı Ankara şəhərində “Əlişir Nəvainin əsərləri və beynəlxalq mədəni təsir” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Elmi konfransın açılış panelində AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, nəvaişünas-alim Almaz Ülvi Binnətovanın “Əlişir Nəvai nəzəriyyəçi alim kimi” adlı geniş məruzəsi dinlənilib.

Konfransda Türkiyə, Özbəkistan, Azərbaycan və Qazaxıstan kimi türk xalqları ölkələrinin akademiya, dövlət universitetlərində və nəvaişünaslıq mərkəzlərində çalışan 100-dən çox alim və tədqiqatçı iştirak edib. Konfransın əsas diqqət mərkəzində Əlişir Nəvai yaradıcılığının beynəlxalq ədəbi-mədəni əlaqələrdə rolu və əhəmiyyəti, təhlili və tədqiqi kimi məsələlər dayanıb.

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Əlişir Nəvai Beynəlxalq Mərkəzinin rəhbəri, türkiyəli alim, professor Əbdürəhman Güzəl bildirib ki, Əlişir Nəvai bundan sonra da bütün dövrlərdə türk xalqlarını birləşdirən mənəvi bayraq olaraq qalacaq.

Konfransda Özbəkistandakı “Əlişir Nəvai Beynəlxalq İctimai Fondu”nun icraçı direktoru Alimcan Dövlətov çıxış edib.

Daha sonra Başkənd Universitetinin rektoru, professor Haldun Müderrisoğlu, Qazi Universitetinin rektoru, professor Musa Yıldız, professor Əli Haberal, Özbəkistan Milli Universitetinin prorektoru, professor Raimə Şirinova, Özbəkistanın Ankaradakı səfiri Əlişir Əzəmxocayev, Türk Dil Qurumunun başqanı professor Gürer Gülsevin, UNESCO-nun Türkiyə təmsilçinin sədri, professor Ocal Oğuz, Yunus Əmrə İnstitutunun rektoru, professor Şərəf Atəş, Başkənd Universitetinin yaradıcısı və idarə heyətinin sədri, professor Mehmet Haberal, professor Əhməd Bican Ərculasun, professor Fikrət Türkmən, professor Ali Yakıcı, professor Nərgiz Biray, məşhur nəvaişünas professorlardan - Diloram Salahi, Nurbay Cabbarov, İbrahim Haqqul, Həmzə Zülfüqar, Saim Sakaoğlu, Nizaməddin Mahmudov, Uluğbəy Səttarov, Nadirxan Həsən, Həmidullah Baltobayev, Azadə Tacibayeva, Maqsud Asadov, dosentlərdən - Sirdərya Otanova, Rahilə Ruzmanova və başqaları geniş məruzələr ediblər.

Başkənd Universitetində fəaliyyət göstərən Əlişir Nəvai Beynəlxalq Mərkəzi də öz növbəsində başqa türk xalqlarının nəvaişünas alimləri ilə birgə qarşılıqlı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün çalışacaq.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015