AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ekvadorun ilk qadın dövlət başçısı Nizami Muzeyində olub
İyn 20, 2022 | 01:00 / Konfranslar, iclaslar
Oxunub 173 dəfə

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Ekvadorun sabiq prezidenti, Ekvadorun tarixində ilk qadın dövlət rəhbəri olan Rosalia Arteqa Serrano AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Qonağa muzeyin yaranma tarixi, zəngin ekspozisiya zallarında saxlanılan eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycan ədəbiyyatının keçdiyi şərəfli yol, bu ədəbiyyatı yaradan dahilər – Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və başqaları haqqında məlumat çatdırılıb.

Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan dəyərlər böyük marağa səbəb olub. Muzeyin ekspozisiyasında nümayiş etdirilən xalçalar, miniatürlər, orta əsrlərə aid kaşılar və xatirə əşyaları ekvadorlu qonağı heyran edib.

Sonra muzeyin baş direktoru, akademik Rafael Hüseynovla görüşən Rosalia Arteqa Serrano muzeyin binasını unikal memarlıq abidəsi adlandırıb. O, bu mədəniyyət ocağının ekspozisiyasını görməkdən böyük zövq aldığını dilə gətirib.

“Britannika” ensiklopediyasının redaksiya şurasının üzvü olan sabiq prezident Nizami Muzeyinin zəngin ekspozisiyası ilə tanışlığından sonra muzeyin “Rəylər kitabı”na ürək sözlərini yazıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015