AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
III Qarabağ Sosial və Humanitar Elmlərdə Müasir Araşdırmalar konfransı keçirilib
İyn 13, 2022 | 01:54 / Konfranslar, iclaslar
Oxunub 177 dəfə

08-09 iyun 2022-ci il tarixində Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD), AMEA Folklor İnstitutu, AMEA Qafqaşşünaslıq İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, "Naxçıvan" Universiteti və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Şuşa ili-2022 çərçivəsində "III Qarabağ Sosial və Humanitar Elmlərdə Müasir Araşdırmalar konfransı keçirilib. Zoom platforması üzərindən onlayn formatda keçirilən konfransda on iki bölmədə yüzə qədər məruzə dinlənilib.

10 iyun tarixində isə konfrans AMEA-nın Mərkəzi Elmi kitabxanasında on bölmədə iki yüzdən çox məruzəçinin qatılımı ilə üz-üzə davam etdirilib. Qeyd edək ki, sözügedən beynəlxalq konfrans ölkə Prezidenti möhtərəm İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ili "Şuşa ili" elan etməsi ilə əlaqədar verdiyi məlum fərmana əsasən təşkil edilib.
Beynəlxalq konfransda Türkiyə, Azərbaycan, İran, İndoneziya, Rusiya, Çin, Qazaxıstan, Nigeriya, Braziliya, Malayziya, Cənubi Afrika, İraq və Ukraynadan nümayəndələr iştirak edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015