AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Nəsimi adına Dilçilik İnstitutunda doktorantura üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanı keçirilib
İyn 06, 2022 | 01:29 / Konfranslar, iclaslar
Oxunub 63 dəfə

01 iyunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanı keçirilib.

Dilçilik İnstitutunda imtahanlar Azərbaycan dili (5706.01), Dil nəzəriyyəsi (5704.01), Türk dilləri (5710.01) və Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik (5714.01) ixtisasları üzrə təşkil edilib.

İmtahanda Azərbaycan dili (5706.01) ixtisası üzrə 2 namizəd, Dil nəzəriyyəsi (5704.01) ixtisası üzrə 6 namizəd, Türk dilləri (5710.01) ixtisası üzrə 3 namizəd, Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik (5714.01) ixtisası üzrə 2 namizəd iştirak etmişdir.

Doktorluq imtahanlarının keçirilmə qaydasına uyğun olaraq institutda imtahan komissiyaları yaradılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015