AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın magistraturasında yay imtahan sessiyası davam edir
İyn 07, 2022 | 11:13 / Konfranslar, iclaslar
Oxunub 189 dəfə

AMEA prezidentinin 26 may 2022-ci il tarixli “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA-da iyun ayının 1-dən etibarən yay imtahan sessiyasının keçirilməsinə başlanıb.

Yay imtahan sessiyası müddətində AMEA-da təhsil alan I kurs magistrantlar tədris planı üzrə nəzərdə tutulmuş fənlərdən imtahan verəcəklər. AMEA prezidentinin müvafiq sərəncamına əsasən bütün imtahanlar yazılı formada həyata keçiriləcək. Müəyyən olunmuş qrafikə əsasən yay imtahan sessiyası ərzində ümumilikdə AMEA-nın 19 elmi müəssisəsində 108 fənn üzrə imtahan təşkil olunacaq.

İmtahan sessiyası iyul ayının 5-dək davam edəcək.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015